Mahir het-trik etdi - Qolların VİDEOSU
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Nürnberq" klubunun heyətində Almaniya II Bundesliqasında son oyununu keçirib.
SAVASHMEDİA.az xəbər verir ki, səfər matçında rəqib "Ayntraxt Braunşveyq" olub.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.
Meydana start heyətində çıxan Emreli het-trik edib. O, 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. 28 yaşlı hücumçu 83-cü dəqiqədə əvəzlənib.
Bununla da Emreli "Nürnberq"in heyətində II Bundesliqada vurduğu qol sayını 10-a çatdırıb. O, daha bir qolu Almaniya Kubokunda vurub.
Qeyd edək ki, bu nəticədən sonra "Nürnberq" çempionatı 48 xalla 10-cu pillədə başa vurub. Mahir Emreli isə klubla müqaviləni uzatmayaraq, yollarını ayırıb.