İnfarkt riskini azaltmağın yolları
“İnfarkt və digər ürək-damar xəstəlikləri riskini azaltmaq üçün gündəlik vərdişlərdə bir sıra dəyişikliklər etmək vacibdir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu kardioloq Pedi Barret bildirib.
Həkim ürək sağlamlığını qorumaq üçün qanda xolesterin və şəkər səviyyəsinə, arterial təzyiqə, bədən çəkisinə nəzarət etməyi, həmçinin əzələləri möhkəmləndirməyi tövsiyə edib.
Onun sözlərinə görə, hətta bədən çəkisinin 5–10 faiz azaldılması belə arterial təzyiqin, qlükoza və triqliseridlərin səviyyəsinin yaxşılaşmasına kömək edə bilər.
Kardioloq infarkt riskini azaltmaq üçün digər vacib şərtləri də açıqlayıb. Bunlara gecə 7–9 saat yatmaq, yuxu apnesi varsa, müalicə almaq və siqaretdən imtina etmək daxildir.
Pedi Barret vurğulayıb ki, sadalanan tədbirlərin heç biri ürək-damar xəstəliklərindən tam qorunmağa zəmanət vermir. Lakin onların birlikdə tətbiqi bu xəstəliklərin yaranma ehtimalını azalda bilər.
Banu