Bir evdə qalan 5 tələbə qız tortdan zəhərləndi

Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.

Jan 22, 2025 - 06:51
Bir evdə qalan 5 tələbə qız tortdan zəhərləndi

SAVASHMEDİA.az bildirir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. (report)

Faktla bağlı araşdırma aparılır.