Bitki çayları bu orqanları məhv edirmiş...
Bitki çaylarının faydalı olduğuna inanılır. Çoxları ənənəvi çaydansa, bitki çayı içməyi tövsiyə edir.
Onlara görə bitki çayı həm təmiz və qatqısızdır, həm də zərərsiz. Lakin hər şeyin çoxu zərər olduğu kimi, davamlı şəkildə və kor-koranə içilən bitki çayları da orqanizmə zərər verə bilər. Məsələn, elə bitki çayları var ki, böyrəyi çökdürür, dializə yaşıl işıq yandırır, qaraciyəri məhv edir. Lakin şüursuz şəkildə içilən bitki çaylarının zərəri sadəcə bunlarla məhdudlaşmır.
SAVASHMEDİA.az bitki çaylarının zərərlərini təqdim edir.
Əvvəla qeyd edək ki, bitki çaylarını içməyə başlamazdan əvvəl onun faydaları ilə yanaşı, zərərləri də araşdırılmalıdır. Çünki bir problem və ya orqan üçün faydalı olan bitki çayı başqa bir orqana mənfi təsir göstərə, onu məhvə apara bilər.
Qan təzyiqini balanssızlaşdırır
Təzyiq probleminiz varsa, içdiyiniz bitki çayı təzyiqinizdə qalxıb-enmələrə səbəb ola bilər. Oynaq təzyiq orqanizmə zərər verir.
Allergik reaksiyalar
Bəzi bitki çayları allergik insanlar üçün diskomfort yaradır. Belə ki, bu zaman dəridə səpkilər,qaşıntı, nəfəs darlığı, gözlərdə sulanma kimi problemlər ortaya çıxır.
Zəhərləyici təsir
Bəzi bitki çayları çox istifadə ediləndə zəhərlənmə verir. Məsələn Bibəriyə (Rozmarin) kimi bitki çayları çox içildikdə qaraciyər və böyrəkləri məhv edir.
Dərmanlarla əks təsir
Bitki çaylarını dərmanlarla yanaşı istifadə etməyin. Bəzi bitki çayları qandurulaşdırıcı dərman və iynələrlə yanaşı istifadə edilməməldir. Bitki çayları dərmanların təsir gücünü azalda və ya əks təsirlərini gücləndirə bilər.
Həzm problemləri
Həzm sistemində problem yarada bilər. Xüsusilə də yüksək miqdarda tanin ehtiva edən bitki çayları çox içildikdə ürəkbulanma, mədə ağrısı, qəbizlik kimi həzm problemlərinə səbəb olur.
Dehidrasiya yaradır
Bəzi bitki çayları sidikqovucudur. Çox içildikdə sidiyəçıxma halları artır və bu da bədəndə susuzlaşma yaradır. İsti havalarda və ya kifayət qədər su istehlak edilmədikdə bu daha da ciddi problemə səbəb ola bilər.
Hamilə və əmizdirən qadınlara mənfi təsir
Adaçayı hamilə qadınlarda düşük riskini artıra bilər.Əmizdirən analarda südün azalmasına səbəb olur.
Qan təzyiqini və ürək ritmini pozur
Bəzi bitki çayları qan təzyiqinə və ürəyin fəaliyyətinə mənfi təsir göstərir.Məsələn, biyan kökü çayı təzyiqi yüksəldir.Ürək xəstəliyi və ya təzyiq problemi olan şəxslərin bitki çaylarını ehtiyatla içmələri tövsiyə olunur.
Qaraciyəri və böyrəkləri məhv edir
Bəzi bitki çayları həddindən artıq və uzun müddət istehlak edildikdə qaraciyər və böyrəklərə təzyiq göstərə bilər. Xüsusilə detoks çayları və ya arıqladan bitki çayları bu orqanlara mənfi təsir göstərir. Qaraciyər və ya böyrək problemi olan insanların bu növ çaylardan uzaq durması məqsədəuyğundur.
Banu
.