Medvedev Lyayeni TƏHQİR ETDİ – “O işdə daha uğurludur”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Rusiyaya atəşkəs çağırışına sərt və təhqiramiz ifadələrlə cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, Medvedev “X” sosial şəbəkəsindəki paylaşımında Avropa Komissiyasının rəhbərinə keçmiş peşə fəaliyyəti ilə bağlı sərt sözlər yazıb.
“Bəlkə, o və onun Kiyevdəki alçağı köhnə tibbi alətləri ilə oynamağa qayıtsınlar? Bu işdə o, daha uğurlu idi”, – Medvedev yazıb.
Qeyd edək ki, Ursula fon der Lyayen siyasi fəaliyyətindən əvvəl tibb sahəsində çalışıb. O, Hannover Ali Tibb Məktəbində təhsil alıb, 1988–1992-ci illərdə isə Hannover Universitet Klinikasının ginekologiya şöbəsində həkim-assistent vəzifəsində işləyib.
Banu