Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ!

Sabah Ağdaş rayonunda qazın verilişində fasilə olacaq.

Nov 25, 2026 - 23:37
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.