Paşinyan Ermənistan Müdafiə Nazirliyinə atəşkəslə bağlı təlimat verdi

Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır, atəşkəs rejimini pozmayın.

Mar 19, 2025 - 21:33
Paşinyan Ermənistan Müdafiə Nazirliyinə atəşkəslə bağlı təlimat verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir", - o qeyd edib.