AZAL təyyarəsinin qəzaya uğraması üzrə cinayət işi Rusiyaya verildi - Bıstrıkin Qroznıda
bu barədə Rusiyanın nüfuzlu aif.ru saytı məlumat yayıb
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində göyərtəsində Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə Rusiyanın nüfuzlu aif.ru saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi başladılıb.
Bu güb Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bıstrıkin Qroznıda istintaqın gedişi ilə bağlı əməliyyat müşavirəsi keçirmək üçün Çeçenistana gəlib.
Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan Embraer 190 sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 67 nəfər - 62 sərnişin və beş ekipaj üzvü olub. Son məlumatlara görə, 32 nəfər sağ qala bilib.
Oğuz
MƏNBƏ: https://aif.ru/incidents/ugolovnoe-delo-po-krusheniyu-samoleta-azal-v-aktau-peredali-v-gsu-sk-rossii