Pilotların vətəndaşlığı ilə bağlı müəmmalı AÇIQLAMA - “Flydubai” susdu
“Flydubai” aviaşirkətinin yüksək vəzifəli nümayəndəsi Dubay–Təl-Əviv reysini həyata keçirən və Səudiyyə Ərəbistanında təcili eniş edən təyyarənin pilotlarının vətəndaşlıqlarını açıqlamaqdan imtina edib.
SAVASHMEDİA.az xəbər verir ki, aviaşirkətin rəsmisi hadisənin bütün təfərrüatlarının yalnız istintaq qrupunun “qara qutu”lara çıxış əldə etdikdən sonra aydınlaşa biləcəyini deyib.
O bildirib ki, insident nəticəsində təyyarənin istiqamət sükanı zədələnib. Buna baxmayaraq, sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.
Qeyd edək ki, bəzi mənbələrdə yaralanan pilotun hindistanlı Smit Maççahar olduğu yazılıb. Məlumata görə, o, mülki aviasiyada 13 ildən çox təcrübəyə malikdir və “Boeing 737” təyyarələrində 9,7 mindən çox uçuş saatı keçirib.
Dİgər bir məlumatda isə təyyarənin yerə endirilməsinə kömək edən pilotların Ukrayna və Rusiya vətəndaşları olduğu bildirilib.
Xatırladaq ki, daha əvvəl yayılmış məlumatlarda təyyarəni idarə edən pilotların Rusiya və Ukrayna vətəndaşları olduğu iddia edilmişdi.
Banu