Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA

Kreml Bakıda Rusiya və Almaniya nümayəndələrinin gizli görüş keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Jul 22, 2026 - 20:51
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bu barədə məlumatı olmadığını deyib.

"Məndə bu görüş barədə heç bir məlumat yoxdur. Ona görə də sizə deyə biləcəyim nəsə yoxdur", - Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl "The Times" qəzeti iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələrinin qapalı görüş keçirdiyini yazmışdı. Nəşrin iddiasına görə, görüşdə iki ölkə arasında münasibətlər və Ukrayna müharibəsi fonunda yaranmış vəziyyət müzakirə olunub.

Prezident İlham Əliyev də Bakıda belə bir görüşün keçirildiyini təsdiqləyərək bildirib ki, Azərbaycan tərəfi bu barədə əvvəlcədən məlumatlandırılmayıb.

Oğuz