"Demişdi, 3 günə şəhəri tutacaq, amma Kiyevin mərkəzində Putin yox, mən idim" - Bayden

"Rusiya prezidenti Vladimir Putin Ukraynanı sındıra bilməz".

Jan 14, 2025 - 00:44
Jan 14, 2025 - 00:45
"Demişdi, 3 günə şəhəri tutacaq, amma Kiyevin mərkəzində Putin yox, mən idim" - Bayden

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.

“Putin 3 günə Kiyevi fəth edəcəyini düşünürdü, lakin Kiyevin mərkəzində o yox, mən idim. O, nə Ukraynanı, nə NATO-nu parçalaya, nə də əhəmiyyətli əraziləri ələ keçirə bildi. Biz ilk dəfə Asiya ölkələri də daxil olmaqla, Ukraynanı dəstəkləmək üçün 50 dövləti birləşdirdik. Biz Ukraynaya döyüşməkdə kömək etmək üçün misli görünməmiş dəstək göstərmişik" - Bayden bildirib.

ABŞ lideri Putin işğala başlayanda iki başlıca məqsədinin olduğunu deyib: "Ukraynaya kömək etmək üçün dünyanı toplamaq və nüvə gücləri arasında müharibədən qaçmaq. Bu gün mən Amerika xalqına deyə bilərəm ki, bizim düşmənlərimiz bu işə başladığımız dörd il əvvəlkimdən daha zəifdir. Rusiya son 4 ildə getdikcə zəifləyib, bunun günahkarı özləridir. Bu gün Ukrayna hələ də azad, müstəqil, parlaq gələcək üçün potensiala malik ölkədir”.

Oğuz