Amalın anası barışığa razı olmadı - "Arzum"un taleyi necə olacaq?
Tiktoker İlduzə Hacıyevanın (Arzum) ev dustaqlığına buraxılmasına baxmayaraq, qəza zamanı həyatını itirmiş Amal Məlikovun ailəsi ilə tam barışıq əldə olunmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Amalın bacısı və həyat yoldaşı barışığa razılıq versələr də, mərhumun hüquqi varisi olan anası bu təklifi rədd edib.
Odur ki, hüquqi araşdırma prosesinin daha 2 ay davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Arzum ötən il Mərdəkanda baş vermiş və ölümlə nəticələnmiş yol qəzasına görə 5 il 2 ay azadlıqdan məhrum edilmişdi. Bu gün keçirilən apellyasiya məhkəməsinin qərarı ilə o, ev dustaqlığına buraxılıb.
Səlcuq