Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi - SƏBƏB
Aktyor Taleh Yüzbəyovun həyat yoldaşı, bloger Xatirə Yüzbəyova xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Xəstəxanadan paylaşım edən Xatirə Yüzbəyova son vaxtlar yaşadığı stressin səhhətində problemlər yaratdığını bildirib.
“Son zamanlar stressə bağlı olaraq nə düzgün qidalandım, nə düzgün yatdım. Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq. Hər şey yaxşıdır, daha da yaxşı olacaq”, - o yazıb.
Bloger hazırda müalicəsinin davam etdiyini və vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Aytən