Min bir dərdə dərman nanənin faydaları

Nanə həm təbii müalicə vasitəsi, həm də mətbəxdə geniş istifadə olunan aromatik bitkidir. 

Jul 8, 2025 - 23:15
Min bir dərdə dərman nanənin faydaları

SAVASHMEDİA.az nanənin faydalarını təqdim edir:

Həzm sistemini yaxşılaşdırır

Nanə mədə ağrılarını və qaz problemini aradan qaldıra bilər. Həzm prosesini sürətləndirir və ürəkbulanmanı azaldır.

Soyuqdəymə və tənəffüs yolları üçün faydalıdır

Nanə tərkibindəki mentol maddəsi burun tutulmasını açır, boğaz ağrısını yüngülləşdirir. İnhalyasiya formasında istifadəsi öskürəyə qarşı təsirlidir.

Baş ağrısına qarşı kömək edir

Nanə yağı gicgah və alın nahiyəsinə sürtüldükdə baş ağrısını azalda bilər.

Stresi azaldır və rahatlıq verir

Nanə çayı sakitləşdirici təsir göstərərək əsəbi, gərginliyi azalda bilər.

Ağız sağlamlığını qoruyur

Antibakterial təsiri var. Ağızda xoşagəlməz qoxuları aradan qaldırır. Diş pastalarında da tez-tez istifadə olunur.

Dəriyə faydalıdır

Antiseptik və iltihab əleyhinə təsiri ilə sızanaq və dəri iltihablarında istifadə olunur. Sərinləşdirici təsiri qaşınma və yanma hissini azaldır.

İmmunitet sistemini gücləndirir

Antioksidantlarla zəngin olduğu üçün orqanizmi zərərli sərbəst radikallardan qoruyur.

Banu