Azərbaycanda 7 nəfər dönərdən zəhərləndi
Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə 7 nəfər yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar. Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib.
Müalicədən sonra pasiyentlər evə buraxılıblar.
Zəhərlənməyə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən "Kassap dönər" adlı iaşə obyektində satılan səbəb dönər və şaurma olub.