Səhər yeməyində yediyimiz bu qida xərçəng yaradırmış... – Diqqət!
Səhər yeməyi günə enerjili başlamağımıza kömək edən vasitələrdən biridir. Səhər yeməyinin özü qədər bu öyündə nələr yediyimiz də çox önəmlidir.
Belə ki, səhər yeməyində istifadə edilən elə qidalar var ki onlar davamlı olaraq yeyildikdə insanı daha tez yaşlandıraraq, ömrü 20 il qısaldır və hətta xərçəng xəstəliyinə səbəb olur.
SAVASHMEDİA.az ömrü qısaldan, xərçəngə gəl-gəl deyən həmin zərərli qidaları təqdim edir:
Emal edilmiş ət məhsulları
Kolbasa, sosis kimi emal edilmiş ət məhsulları yüksək miqdarda natrium və konservantlardan ibarətdir. Bu qidalar səhər yeməyində istehlak edildikdə həzmi çətinləşdirir, mədəni yorur və gün ərzində enerjinin azalmasına səbəb olur. Bu da ürəyə mənfi təsir göstərir. Eyni zamanda bu qidaların səhər yeməyində davamlı yeyilməsi xərçəng xəstəliyinə səbəb olur.
Şirniyyatlar və mürəbbə
Tort, piroq, biskivit, mürəbbə kimi yüksək şəkərli qidalar səhər saatlarında qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə, sonra isə sürətlə aşağı düşməsinə səbəb olur. Bu isə gün ərzində yorğunluq, zəiflik və konsentrasiya problemləri yaradır.
Qəhvə
Qəhvə acqarına istehlak edildikdə mədə turşusunu artırır. Bu da qastrit və reflü kimi problemlərə səbəb olur.
Qızardılmış qidalar
Səhər yeməyində qızardılmış kartof, blinçik kimi yağlı qidalar istehlak etmək mədəni yorur və həzmi çətinləşdirir. Həddindən artıq yağlı olduqları üçün gün ərzində yorğunluq və şişkinlik kimi şikayətlərə səbəb olur. Səhər yeməyində yüngül, sobada bişmiş və ya qaynadılmış alternativlərə üstünlük verilməlidir.
Duzlu pendir
Səhərlər duzlu ağ pendir yəmək gün ərzində bədəndə su toplanmasına və qan təzyiqinin artmasına səbəb olur. Xüsusilə səhər saatlarında böyrəkləri yoran bu qidaların yerinə az duzlu pendir və ya duzsuz süzməyə üstünlük verilməlidir.
Marqarin və trans yağlar
Marqarin və tərkibində trans yağlar olan məhsullar, xüsusilə səhər yeməyində istehlak edildikdə ürək-damar sağlamlığına mənfi təsir göstərir. Bu yağlar xolesterol balansını pozur və uzun müddətdə ciddi sağlamlıq problemlərinə səbəb olur.Bunun əvəzinə zeytun yağı və avokado yağı kimi sağlam yağlara üstünlük verilməlidir.
Banu