Bu sahələrdə çalışanlar daha çox depressiyaya düşürlər
ABŞ-də aparılan araşdırma hansı peşə üzrə çalışan insanların daha çox stressə və depressiyaya düşdüyünü ortaya çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, araşdırmaya görə, qadınlar kişilərdən daha çox depressiyadan əziyyət çəkirlər.
Sektorlar üzrə qiymətləndirildikdə məlum olub ki, icma və sosial xidmət işçilərinin 20,5 faizi həyatında ən azı bir dəfə depressiya diaqnozu ilə üzləşib. Qida xidməti işçiləri 20,1 faizlə ikinci olub.
Depressiya səviyyəsi yüksək olan digər peşə qrupları isə belə olub:
İncəsənət, əyləncə, idman və media - 18,6 faiz
Yerləşdirmə, qida və içki xidmətləri - 18,4 faiz
Səhiyyə və sosial yardım - 18,2 faiz
Pərakəndə ticarət - 17,7 faiz
Hüquq, təhsil və kitabxana xidmətləri - 16,1 faiz
Stress və depresiyanın ən aşağı olduğu sektorlar mədənçıxarma (6,7 faiz), tikinti (8,9 faiz) və kənd təsərrüfatı və maşınqayırma (9 faiz) olub.
Araşdırmaya görə, stress və depressiyaya düşmə riski aşağı, lakin maaşı yüksək olanlar isə su ehtiyatları üzrə mütəxəssis, astronom, ətraf mühit üzrə iqtisadçı, riyaziyyatçı və coğrafiyaçılardır.
Banu