Reabilitasiya Mərkəzində Nəsimi Nəbizadəyə işgəncə verilib? - Gizlənməsinin səbəbi
Tanınmış aparıcı Nəsimi Nəbizadənin “Qurtuluş” Reabilitasiya Mərkəzində narkotik asılılığından aldığı müalicədən imtina edərək qaçıb gizlənməsi gündəmin əsas mövzularındandır.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bəzi sosial media istifadəçiləri Nəsimi Nəbizadənin sözügedən Mərkəzdə işgəncə gördüyünü və bu səbəbdən qaçıb gizləndiyini iddia edib.
Bu baxımdan tanınmış jurnalist Fərid Azərinin son paylaşımı diqqət çəkir:
"Özünü "Qurtuluş" adlandıran, amma qeyri-peşəkarın rəhbətlik etdiyi, qeyri-peşəkarların toplaşdığı "reabilitasiya mərkəzi"nin fəaliyyəti niyə araşdırılmır? Niyə aidiyyəti qurumlar bu "mərkəzin" hansı əsaslarla fəaliyyət göstərdiyini sorğulamır? Müalicə və reabilitasiya prosesi Səhiyyə Nazirliyinin, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. Nəyə görə bu qurumlar Ceyhun Salmanov adlı şəxsin hansı əsaslarla mərkəzinə gələnləri saxladığını, hansı tibbi protokollarla müalicə aparıldığını araşdırmır? İşgəncə iddialarını araşdırmaq isə polisin səlahiyyətindədir.
Nəsimi Nəbizadəni məsxərə obyektinə çevirən bu şəxs cəzalandırılmalıdır".
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov isə mediaya açıqlamasında işgəncə iddialarını təkzib edib:
"Bir insanı necə zorla saxlamaq olar? Biz onu Qarabağa gəzməyə aparmışıq, Milli Qəhrəman Salatın Əsgərovanın qəbrini ziyarət etmişik, ona qarşı xoş rəftar olunub. Məcburi saxlanılan adam elə olur? İddialar əsassızdır".
Oğuz