"Putin bu keçmiş Sovet ölkəsinə hücuma hazırlaşır" - Almaniyanın baş kəşfiyyatçısı
“Moskva 2014-cü ildə Krımı ilhaq etmək əməliyyatına bənzər yeni əməliyyata hazırlaşır. Baltikyanı ölkələrdə “rusdilli əhalinin müdafiəsi” adı altında təxribat törədilə bilər”.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini tərk etməyə hazırlaşan Bruno Kal deyib.
Onun fikrincə, bu yolla prezident Vladimir Putin NATO-nun öz müttəfiqlərini qorumaq əzmini yoxlamağa cəhd edəcək.
Kahl bildirib ki, Ukrayna alyansla toqquşma yolunda Moskva üçün aralıq mərhələdir. “Biz tamamilə əminik və kəşfiyyat sübutlarımız var ki, Ukrayna Rusiyanın Qərbə gedən yolunda sadəcə bir addımdır”, - o qeyd edib.
Almaniyanın baş kəşfiyyatçısı hesab edir ki, Rusiya elitasının bir hissəsi üzvlərindən birinə hücum olacağı təqdirdə NATO-nun sərt cavab verəcəyinə inanmır.
“Onlar artıq NATO-nun beşinci maddəsinin işlədiyinə inanmırlar. Və bunu sınaqdan keçirmək istəyirlər. Onlar NATO-nu 1990-cı illərin sonunda olduğu vəziyyətə qaytarmaq istəyirlər. Amerikanı Avropadan qovmaq istəyirlər və buna nail olmaq üçün lazım olan hər vasitədən istifadə edəcəklər”, - deyə Kal əminliyini ifadə edib.
Alman kəşfiyyatının başçısı hesab edir ki, indi Moskva ilə danışıqlar aparmaq mənasızdır, çünki Rusiya prezidenti Vladimir Putin bu problemin həllinə aqressiv yanaşma mövqeyini dəyişməyib.
Xatirə SADİQ