Özünə umac ova bilməyən Medvedev almanlara əriştə kəsir 

“Almaniyada hakim Xristian Demokrat İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) reytinqi yüksək olanları ekstremist adlandırırlar”.

May 2, 2025 - 16:56
Özünə umac ova bilməyən Medvedev almanlara əriştə kəsir 

SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “X” platformasında yazıb. 

“Almaniya üçün Alternativ” (AfD) partiyasənən rəsmi şəkildə ekstremist tanınmasına ingilis dilində münasibət bildirən Medvedev bunu demokratiyaya təhlükə kimi izah edib.

“AfD indi demokratiyanı təhdid edən ekstremist təşkilat hesab olunur. Parlament partiyasına qarşı istifadə etmək üçün sərt bəyanatdır”, - deyə Medvedev vurğulayıb.

Ataların təbirincə desək, Medvedev özünə umac ova bilmir, almanlara əriştə kəsir.

Qeyd edək ki, qadağan ediləcəyi təqdirdə AfD Almaniya tarixində üçüncü qadağan olunmuş partiya olacaq. Bundan əvvəl keçmiş nasistləri birləşdirən Sosialist İmperiya Partiyası 1952-ci ildə, Almaniya Kommunist Partiyası isə 1956-cı ildə qadağan olunub.

AfD siyasi səhnəyə 2013-cü ilin aprelində avrozonadakı iqtisadi problemlər və Yunanıstandakı borc böhranı fonunda çıxıb. Partiya uzun müddət əsasən iqtisadi gündəmlə məşğul idi. Lakin Almaniya və Aİ-də miqrasiya böhranı kəskinləşdikcə, onun reytinqi məhz qaçqın problemi sayəsində artmağa başladı. Öz vətənində AfD sağ populist partiya kimi tanınır. Digər siyasi qüvvələr onunla həm federal, həm də regional səviyyədə koalisiyada əməkdaşlıq etməyi qeyri-mümkün hesab edir. Fevralın 23-də Bundestaqa keçirilən növbədənkənar seçkilərdə AfD ilk dəfə ikinci yeri tutub. 
 
Xatirə SADİQ