Fransa XİN təkzib etdi – “Le Figaro” ifadəni sildi

Paris Ukraynaya verilən silahlar vasitəsilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsi məsələsində mövqeyini dəyişməyib. 

Nov 18, 2024 - 16:39
Fransa XİN təkzib etdi – “Le Figaro” ifadəni sildi

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransa diplomatiyasının rəhbəri Jan-Noel Barro deyib. 

Onun sözlərinə görə, bu imkan hələlik araşdırılır. “Biz açıq şəkildə deyirdik ki, bu, Rusiyanın hazırda Ukrayna ərazisinə hücum etdiyi yerdən hədəfləri vurmağa icazə verilməsi baxımından nəzərdən keçirəcəyimiz bir variantdır, ona görə də bu məsələdə yeni heç nə yoxdur”, - deyə fransalı nazir vurğulayıb.

Qeyd edək ki, Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Böyük Britaniya və Fransanın “Storm Shadow” və SCALP raketlərindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırdığı barədə “Le Figaro” yazmışdı. Ancaq noyabrın 18-i günortadan sonra bu ifadə nəşrdən çıxarıldı.

Xatirə SADİQ