Dövlət təbliğatına milyardlar ayrıldı - Rusiyada
Rusiyanın 2025-ci il üzrə büdcə layihəsində dövlət təbliğatına 137,2 milyard rubl (1,42 milyard dollar) ayrılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
2024-cü illə müqayisədə media obyekti üçün xərclər 15,9 milyard rubl və ya 13% artacaq və onların ümumi həcmi Rusiyanın orta regionlarının illik büdcələrini üstələyəcək
Orta hesabla dövlət təbliğatı büdcəyə ayda 11,4 milyard rubl və ya həftədə 2,6 milyard rubla başa gələcək və dövlət telekanalları əsas vəsait alıcıları olaraq qalacaq.
Ukraynanın işğal olunmuş rayonlarında dövlət təbliğat sisteminin təşkili büdcəyə 7 milyard rubla başa gələcək.
Ayrı bir maddə – 8,4 milyard rubl üçün – prezident administrasiyasının media layihələri üçün xəzinə xərclərinə daxildir. Söhbət Vladimir Putinin İnternetdə təşəbbüslərinə “məlumat və izahat dəstəyi” təşkil etməkdən gedir.
Ümumilikdə, müharibə başlayandan (2022-2024) hökumət dövlət mediasına 350 milyard rubldan çox vəsait xərcləyib. Lakin bu səxavətə baxmayaraq, dövlət telekanalları sürətlə tamaşaçı kütləsini itirməkdədir.
Xatirə SADİQ