Qurban namazı bu tarixdə qılınacaq
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarənin Qazılar Şurasının mayın 22 -də keçirilən iclasında deyib.
Qurban bayramına dair hökmlər və şəri qaydalara əsasən, qurban kəsmək Məkkənin Mina ərazisində həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri bəyənilmiş sünnət, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.
Şamaxı Astorfizika Rəsədxanasının 31/72 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zilhiccə ayının 10-na - Miladi təqvimlə 6 iyuna təsadüf edəcək. Şəriətə uyğun olaraq, qurban kəsimi 6 iyundan başlayıb, 3 gün davam edə bilər.
Bayram namazı iyunun 6-da məscidlərdə qılınacaq.