Fələstinlilərin Qəzzaya qayıtması səhv olardı - Tramp
ABŞ prezidenti Donald Tramp İsraillə münaqişə sona çatdıqdan sonra fələstinlilərin Qəzzaya qayıtmasına razı deyil.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu sözləri Luizianaya gedərkən jurnalistlərlə söhbətində deyib.
“Məncə, fələstinlilərə, Qəzzə xalqına geri dönməyə icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın o torpaqlara qayıtmasını istəmirik. Mən buranı ABŞ-nin sahib olacağı və tədricən inkişaf edəcək böyük bir daşınmaz əmlak parçası kimi düşünürəm. Qəzza zolağı tamamilə məhv edilib. Bu yer səliqəyə salınacaq. Biz onu zəngin Yaxın Şərq ölkələrinin köməyi ilə yenidən quracağıq”, - Tramp əlavə edib.
Oğuz