London Rusiyaya qarşı yeni saksiyalar tətbiq etdi
Böyük Britaniya hökuməti Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı bir sıra yeni sanksiyaların tətbiqini elan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunmuş məlumatda deyilir .
Press-relizdə qeyd edilir ki, sanksiyalar neft tankerləri, gəmiçilik şirkətləri və elektronika da daxil olmaqla Rusiyaya mal tədarükçüləri də daxil olmaqla 4 fiziki şəxs, 6 təşkilat və 20 gəmiyə yönəlib.
Böyük Britaniyanın baş naziri Kir Starmerin çərşənbə axşamı çıxış edəcək. Onun “Rusiyanın bütün kartları əlində saxlamadığını” bildirəcəyi və müttəfiqlərini Rusiyaya "iqtisadi təzyiqi artırmaq üçün bu məqamdan istifadə etməyə" çağıracağı gözlənilir.
2022-ci ildə Ukraynanın tammiqyaslı işğalından bəri Böyük Britaniya artıq 2300-dən çox insana, təşkilata və gəmiyə sanksiya tətbiq edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq etməyəcəyini bildirib. O, bu addımını belə izah edib: “əvvəlcə avropalılar bunu etməlidir” və “sanksiyalar bizə çox pul bahasına başa gəlir”.
Bundan sonra Tramp bir gün qabaq Kanadada keçirilən G7 toplantısını tərk edib.
Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarının bəyanatına baxmayaraq, Vaşinqtonun Rusiyaya qarşı daha sərt sanksiyaları dəstəkləyə biləcəyinə hələ də inandığını bildirib.
Xatirə SADİQ