Sabah saat 10:00-dan etibarən... - Bakının üç rayonunda qaz olmayacaq
Sabah Bakının Binəqədi, Xətai və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
SAVASHMEDİA.az xəbər verir ki, Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədi ilə iyunun 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə “Maştağa-Gülçülük" yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.