Bu yolda hərəkət məhdudlaşdırılacaq – Sürücülərin nəzərinə!
Bu barədə AAYDA-dan məlumat verilib.
18 iyun saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
SAVASHMEDİA.az xəbər verir ki, aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.