Fevralda qəbul imtahanı keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə gələn ilin qəbul imtahanları ilə bağlı bir sıra tarixlər açıqlanıb. İddia edilir ki, fevral ayının 15-də magistraturaya qəbul imtahanı keçiriləcək.

Dec 15, 2025 - 13:42
Fevralda qəbul imtahanı keçiriləcək? - RƏSMİ AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, ancaq Dövlət İmtahan Mərkəzi (DİM) iddiaları təkzib edib.

Qurumdan bildirilib ki, tarixlərlə bağlı DİM-in saytı və sosial şəbəkələri vasitəsilə elan edilməyən istənilən məlumat doğru deyil.

O da qeyd edilib ki, imtahan tarixləri ilə bağlı qrafik adətən ilin əvvəlində müəyyən edilir.