Azərbaycanda yeni şəxsiyyət vəsiqələri verilməyə başladı - FOTOSU

Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişib.

Oct 20, 2025 - 12:14
Azərbaycanda yeni şəxsiyyət vəsiqələri verilməyə başladı - FOTOSU

SAVASHMEDİA.az xəbər verir ki, modern.az-ın məlumatına görə, bir müddətdir vətəndaşlara yenilənmiş şəxsiyyət vəsiqələri təqdim edilir.

Qeyd edək ki, avqust ayında Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə edilib. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdirilib.

Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılıb.