Starmerlə Makron buna 5 gün sərf ediblər – NYT

Ukrayna, Fransa və Britaniya liderləri Oval kabinetdəki  qalmaqallı görüşdən sonra beş gün ərzində Trampa yanaşmanı necə dəyişdirəcəklərini müzakirə ediblər.

Mar 6, 2025 - 13:48
Mar 6, 2025 - 13:50
Starmerlə Makron buna 5 gün sərf ediblər – NYT

SAVASHMEDİA.az bu barədə “The New York Times” (NYT) qəzetinə istinadən xəbər verir. 

Qəzetin yazdığına görə, Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna prezidenti Volodimir Zelenskini amerikalı həmkarı Donald Trampla barışmaq üçün Ağ Evə qayıtmağı təklif edib. Bu müzakirədən xəbərdar olan britaniyalı məmurun sözlərinə görə, bu ideyanı hər iki tərəf rədd edib. Hər iki tərəfin sakitləşməsi üçün gözləməyin tələb olunduğu qənaətinə gəlinib. 

Sonra isə beş gün ərzində Kir Starmer və Emmanuel Makron ukraynalı prezidentə məsləhətlər veriblər və onu Trampa yanaşmasını dəyişməsi üçün dilə tutublar. 

Ağ Evin bazar ertəsi Amerikanın Ukraynaya yardımını dayandıracağını elan etməsindən sonra söhbətlər daha da aktuallaşıb. Zelenski hər iki liderlə söhbətindən sonra Amerikanın Ukraynaya hərbi səylərində göstərdiyi yardımla bağlı tərif və minnətdarlıq sözləri ilə dolu “X” platformasında post yazıb. Fransa komandası hətta Zelenskinin bəyanatının hazırlanmasında Ukrayna məmurları ilə sıx əməkdaşlıq edib.

Xatirə SADİQ