“Aİ Danimarkanı tam dəstəkləyir” – Antonio Kosta

“Danimarkanın ərazi bütövlüyü şübhə altına alınarsa, Avropa İttifaqı (Aİ) Kopenhagenə suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərini qorunmasında dəstək verəcək”.

Feb 4, 2025 - 13:58
“Aİ Danimarkanı tam dəstəkləyir” – Antonio Kosta

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ liderlərinin qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında Avropa Şurasının sədri Antonio Kosta bildirib.

ABŞ-nin Qrenlandiyaya mümkün ərazi iddialarına Aİ-nin vahid cavabı ilə bağlı sualı cavablandırarkən Kosta belə deyib: “Aİ BMT Nizamnaməsini – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini dəstəkləyir. Bunlar universal prinsiplərdir. Biz bu prinsipləri müdafiə etməklə Ukraynanı dəstəkləyirik. Və təbii ki, əgər Aİ üzvü olan ölkənin ərazi bütövlüyü şübhə altına alınarsa, biz bu prinsipləri daha da müdafiə edəcəyik”.

AŞ sədri qeyd edib ki, Danimarka Krallığının ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını qorumaq bütün (Aİ) üzv dövlətlər üçün böyük əhəmiyyət kəsb edir: “Aİ Danimarka Krallığını tam dəstəkləyir”.

Xatirə SADİQ