Makron ona zəng etdi
Fransa prezidenti Emmanuel Makron “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə zəng edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, telefon danışığı Fransa prezidentinin təşəbbüsü ilə baş tutub.
“Makron qeyd edib ki, Gürcüstandakı vəziyyətdən təəssüflənir və yaranmış vəziyyətin tam yüngülləşməsinə töhfə vermək arzusundadır. O, birgə səylər ideyasını alqışlayıb”, - deyə press-relizdə vurğulanıb.
İvanişvili və Makron yaxın günlərdə yenidən danışacaqları və əldə edilən irəliləyişlərin qiymətləndiriləcəyi barədə razılığa gəliblər.
Qeyd edək ki, İvanişvili həm də Fransa vətəndaşıdır.
Xatirə SADİQ