Məşhur aktyor vəfat etdi - Saxta içkidən... + FOTO

“Kurtlar vadisi”nin məşhur aktyoru Şekip Taşpınar vəfat edib.

Jul 2, 2025 - 18:12
Məşhur aktyor vəfat etdi - Saxta içkidən... + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 56 yaşlı aktyorun ölüm xəbərini meneceri Temmuz Karikutal təsdiqləyib.

“Meneceri olduğum Şekip Taşpınarı səhər saatlarında itirdik. Çox məyusam, məkanın cənnət olsun qardaşım” – Karikutal qeyd edib.

Məşhur aktyor 2023-cü ildə saxta içkidən zəhərlənərək intubasiya olunmuşdu.

Aktyor “Beyaz gelincik”, “Kurtlar vadisi pusu”, “Karadayı”, “Şefkat tepe”, “Cesur yürek”, “Arıza”, “Arka sokaklar”, “Teşkilat”, “Kuruluş Osman” kimi məşhur seriallarda rol alıb. Ona məşhurluq qazandıran isə “Kurtlar vadisi pusu” serialındakı “Cevat Akarsu” obrazı olub.

Banu

Fotoda: Şekip Taşpınar