Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqlədi
Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsi (Coreper) iyulun 18-də səhər saatlarında Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Aİ diplomatına istinadən Ukrayna KİV-i məlumat yayıb.
“Səhər Coreper Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdi. Bu, gündəmin yeganə məsələsi idi”, - deyə mənbə bildirib.
O, əlavə edib ki, sanksiyalar paketinin rəsmi təsdiqi elə bu gün Aİ-nin Ümumi İşlər Şurasının iclasında baş tutacaq.
Qeyd edək ki, Slovakiya və Malta Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 18-ci paketinə vetolarını ləğv edəcəklərini vəd ediblər.
TASR agentliyinin xəbərinə görə, Slovakiyanın baş naziri Robert Fitso ölkənin Aİ-dəki nümayəndələrinə Rusiyaya qarşı sanksiyaların 18-ci raundunu dəstəkləməyi tapşırdığını bildirib. O, deyib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə qaz qiymətləri ilə bağlı Slovakiya üçün təmanətlər barədə razılığa gəlib.
Xatirə SADİQ