Belarus prezidenti işğal olunmuş Donbasa xidmət etmək istəyir
Prezident Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə Belarusun şərqində yeni atom elektrik stansiyası tikməyi təklif edib.
SAVASHMEDİA.az “Kommersant”a istinadən xəbər verir ki, Lukaşenko bu təklifini Kremldə Putinlə bugünkü görüşü zamanı səsləndirib.
O, izah edib ki, bu, Rusiyanın “yeni bölgələri”ni (Ukraynanın işğal olunmuş əraziləri – red.) elektrik enerjisi ilə təmin edə bilər.
“Əgər qərar qəbul edilərsə, biz dərhal yeni stansiyanın tikintisinə başlayacağıq. Rusiyanın qərbində və azad edilmiş bölgələrdə tələbat olarsa”, - deyə Lukaşenko vurğulayıb.
Xatirə SADİQ