"Tramp kinli adamdır" - Peskov
"ABŞ prezidenti Donald Tramp sözün yaxşı mənasında kifayət qədər kinli adamdır".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Əgər onunla anlaşmaq mümkündürsə, niyə döyüşək? Həm də bir halda ki, Tramp ölkəsinin maraqlarına əsaslanaraq, müharibələri dayandırmaq üçün hər şeyi edir".
Onun sözlərinə görə, bu baxımdan Amerika lideri ilə Rusiya tərəfinin maraqları üst-üstə düşür.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı ilə lazım gələrsə, bir-birlərinə zəng etmək barədə razılığa gəldiyini açıqlamışdı .
Ağ Ev rəhbəri də yaxın vaxtlarda Putinlə danışmaq istədiyini açıqlayıb.
Oğuz