Bu dəfə 30 mənzil aldı – “Osman” daşınmaz əmlak imperiyası qurur

Türkiyənin məşhur aktyoru Burak Özçivit daşınmaz əmlaka yatırdığı investisiya ilə yenidən gündəmə gəlib.

Feb 26, 2026 - 18:29
Bu dəfə 30 mənzil aldı – “Osman” daşınmaz əmlak imperiyası qurur

SAVASHMEDİA.az xəbər verir ki, aktyor bu dəfə İstanbulun Eyüpsultan rayonundan 30 mənzil alıb.

Özçivit bunun üçün 150 milyon türk lirəsi xərcləyib.

Qeyd edək ki, aktyor tez-tez bahalı avtomobilləri, lüks həyat tərzi, satın aldığı villa və mənzillərlə gündəmə gəlir. Özçivit aktrisa Fahriye Evcenlə evlidir. Onun bu evlilikdən Karan və Kerem adlı iki oğlu var. B.Özçivit ən son “Kuruluş Osman” serialında çəkilib.

Banu