Tramp bu dəfə Qəzza zolağından yazdı
ABŞ prezidenti Donald Tramp Qəzza zolağına tamah saldığını bir daha sübut edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsində Amerika hərbçilərinin iştirakı olmadan Qəzzanın ələ keçirilməsi planından bəhs edib.
Amerikalı prezidenti hesab edir ki, İsrail döyüşlər bitdikdən sonra Qəzzanı Birləşmiş Ştatlara təhvil verə və ABŞ “yer üzündəki ən təəssüratlı layihələrdən birinin” tikintisinə başlaya bilərdi.
"Döyüşlər başa çatdıqdan sonra Qəzza zolağı İsrail tərəfindən ABŞ-yə təhvil verilərdi. Fələstinlilər, Çak Şumer kimi insanlar artıq bölgədə yeni və müasir evlərlə daha təhlükəsiz və daha gözəl icmalara yerləşdirilərdi. ABŞ dünyanın hər yerindən olan mütəxəssislərdən ibarət gözəl komanda ilə işləyərək yavaş-yavaş və diqqətlə Yer kürəsində bu cür ən böyük və ən təəssüratlı layihələrdən birini qurmağa başlayacaqdı. ABŞ əsgərlərinə ehtiyac olmayacaqdı! Regionda sabitlik hökm sürəcəkdi!!!” – deyə Tramp yazıb.
Çak Şumer demokrat senator kimi Senatda azlıqların lideridir. O, keçən həftə çıxışında Trampı ağılsızlıq və qanunsuzluğa görə tənqid edib.
Xatirə SADİQ