Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Fevralın 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Feb 26, 2026 - 18:29
Güclü küləklə bağlı XƏBƏRDARLIQ

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Ağdam, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəlilabad, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.