“Rusiya heyəti “butafor”a bənzəyir” - Zelenski 

“Ukrayna nümayəndə heyəti ən yüksək səviyyədə təmsil olunur, Rusiya nümayəndə heyətinin səviyyəsinin isə “butafora” bənzəyir”.

May 15, 2025 - 14:19
“Rusiya heyəti “butafor”a bənzəyir” - Zelenski 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ankaraya gəldikdən sonra jurnalistlərə açıqlamasında bildirib. 

O, diqqətə çatdırıb ki, Ukrayna nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, hərbçilər, kəşfiyyat xidmətlərinin nümayəndələri daxildir. Bu addım gözlənilən ədalətli sülhə gətirib çıxara biləcək hər hansı qərarın qəbul edilməsi üçün atılıb.

“Yüksək səviyyəli görüşə gəlincə, biz prezident Ərdoğanla, Türkiyənin bütün geniş nümayəndə heyəti ilə görüşə başlayacağıq. Biz Amerika tərəfi ilə təmasdayıq. Onların da Türkiyədə yüksək səviyyədə olacağını düşünürəm”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin səviyyəsi hələ ona məlum deyil: “Amma gördüklərimizdən daha çox butafor səviyyəyə bənzəyir. Prezident Ərdoğanla danışdıqdan sonra nə edəcəyimizi, addımlarımızın nə olacağını düşünəcəyik”.

Xatirə SADIQ