“Survivor Türkiye”nin məşhur yarışmaçısı ana oldu - Foto
“Survivor Türkiye”nin iştirakçısı olmuş məşhur voleybolçu Sahra Işık ana olub.
SAVASHMEDİA.az xəbər verir ki, Sahra körpəsi ilə ilk şəklini sosial şəbəkədə paylaşıb.
O, oğluna Pamir adını qoyub.
Qeyd edək ki, Sahra Işık 2019-cu ildə iş adamı İdris Aybirdi ilə ailə qurub. Onlar bir müddət sonra boşanma qərarı alıblar. Lakin sonradan fikirlərindən daşınaraq ailə terapevtinin köməyinə müraciət ediblər. Ötən ilin sonunda isə övladlarının olacağını açıqlayıblar.
Banu
Fotolarda: Sahra Işık