Məşhur aktrisa 10 aylıq qızına Atatürkü belə tanıtdı - Video

Türkiyənin məşhur aktrisası Yıldız Çağrı Atiksoy qızı Mira Milenaya Mustafa Kamal Atatürkü tanıtdığı anları sosial media hesabında paylaşıb.

Mar 24, 2025 - 14:09
Mar 24, 2025 - 14:12
Məşhur aktrisa 10 aylıq qızına Atatürkü belə tanıtdı - Video

SAVASHMEDİA.az xəbər verir ki, aktrisa 10 aylıq qızından Atatürkü göstərməsini istəyir və ona “ Bəli, Atatürkü çox sevməliyik” deyir.  

Atiksoy videoya "İlk dərsimiz Atatürkdür. Atatürkə olan sevgimizi heç kim sorğulaya bilməz. Atatürk sevgimiz gələcək nəslə qoyacağımız ən gözəl mirasdır" şərhini yazıb.

Xatırladaq ki, Yıldız Çağrı Atiksoy aktyor Berk Oktayla 2022-ci ildə ailə qurub. Cütlüyün 21 may 2024-cü ildə dünyaya gələn Mira Milena adlı bir qız övladı var.

Yağmur