Tramp iyunda Haaqaya gələcək
ABŞ prezidenti Donald Tramp 24-25 iyun tarixində Niderlandın Haaqa şəhərində keçiriləcək NATO sammitində iştirak edəcək.
SAVASHMEDİA.az “”France-Presse” agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.
Trampın NATO sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala Levitt belə cavab verib: “Mən onun NATO sammitinə gedəcəyini təsdiq edə bilərəm, bəli”.
Qeyd edək ki, Tramp alyans üzvlərinin ÜDM-in 5 faizini orduya xərcləməsini istəyir.
Haaqa sammitində ölkələrin ÜDM-in 3,5%-ni əsas müdafiəyə, digər 1,5%-ni isə infrastruktur, kibermüdafiə və mülki hazırlıq kimi sahələrdə müdafiə ilə bağlı xərclərə xərcləməyi öhdəsinə götürməsi məsələsi müzakirə olunacaq.
Xatirə SADİQ