“Bu uşaqları Rusiya öldürüb” - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı apardığı təcavüzkar müharibə nəticəsində 631 ukraynalı uşağın həlak olduğuna diqqəti cəlb edib. 

Jun 4, 2025 - 13:30
“Bu uşaqları Rusiya öldürüb” - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, Uşaqların Anım Günü ilə əlaqədar Zelenski öz Telegram kanalında video paylaşıb. 

“Rusiya bu uşaqları öz müharibəsi ilə qətlə yetirib. Ömrü Rusiyanın zərbələri və top atəşləri, Ukraynanın bir saniyə belə istəmədiyi, lakin illərdir özünü müdafiə etdiyi hərbi əməliyyatlar nəticəsində kəsilən oğlan və qız uşqları. Məhz iyunun 4-də biz bütün belə uşaqların xatirəsini ehtiramla yad edirik”, - deyə Ukrayna prezidenti yazıb.

Zelenski əlavə edib ki, həlak olan uşaqların dəqiq sayı məlum deyil, çünki  Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərə çıxışı yoxdur. 

“Rusiya tərəfindən öldürülən nə qədər böyüyün və uşağın Mariupol yaxınlığında və ruslar tərəfindən dağıdılmış digər şəhər və kəndlərimizin yaxınlığındakı kütləvi məzarlıqlarda dəfn olunduğunu müəyyənləşdirmək hələ qarşıdadır. Dünya Rusiyanı bu dəhşətli ağrıya və bu cür təcavüzə - Ukraynaya qarşı tamamilə əsassız və cinayətkar müharibəyə görə unutmamalı və bağışlamamalıdır”, - deyə president vurğulayıb.

Xatirə SADİQ