Rusiyaya qarşı yeni sanksiyalar təsdiqləndi – Aİ Şurası
Avropa İttifaqı Şurası “sabitliyin pozulmasına” görə Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) qanunverici orqanının saytında dərc olunmuş sənəddə deyilir.
Şuradan bildirilib ki, bu yeni çərçivə Rusiya Federasiyası hökumətinin Aİ və onun üzv dövlətlərinin fundamental dəyərlərinə xələl gətirən hərəkətləri və siyasətlərində iştirak edən şəxsləri və təşkilatları izləməyə imkan verəcək. Təqib alyansın üzvü olan ölkələrin təhlükəsizliyini, müstəqilliyini və bütövlüyünü, beynəlxalq təşkilatların və üçüncü ölkələrin dəyərlərini pozanlara da təsir edəcək.
İndi Aİ müxtəlif “hibrid təhlükələrə” – seçki proseslərinə və demokratik təsisatların fəaliyyətinə xələl gətirmək; iqtisadi fəaliyyətlərə, ictimai maraq kəsb edən xidmətlərə və ya mühüm infrastruktura qarşı təhdidlər və təxribatlar; məlumatın xarici manipulyasiyası; zərərli kiber fəaliyyət və sairə qarşı durmaq imkanına malikdir.
Hələlik söhbət birbaşa olaraq məhdudiyyətlərin tətbiqi siyahılarına fiziki şəxslərin və təşkilatların əlavə edilməsi meyarlarını, o cümlədən aktivlərin dondurulmasını müəyyən edən sanksiyalar çərçivəsindən gedir.
Xatırladaq ki, may ayında NATO Rusiyanı müttəfiq ölkələrin, o cümlədən Böyük Britaniya, Almaniya, Çexiya, Estoniya, Latviya və Litva ərazilərində hybrid fəaliyyət aparmaqda ittiham edirdi. Alyans təxribat, dezinformasiya kampaniyaları, kiber təhdidlərdən ibarət həmin fəaliyyətə fərdi və kollektiv cavab verəcəyini vəd edirdi.
İyun ayında Aİ sammitindən sonra alyansa üzv ölkələr “xaricdə sabitliyi pozan hərəkətlərə cavab olaraq” Rusiyaya qarşı yeni sanksiyalar rejimi hazırlamaq qərarına gəldi.
Xatirə SADİQ