“Cəhrayı eynək taxmağa tələsməyin!” - Kremlin sözçüsündən çağırış

“Amerika yardımının dayandırılmasına baxmayaraq, Kiyev hələ də çoxlu silahlara malikdir”. 

Mar 11, 2025 - 13:17
“Cəhrayı eynək taxmağa tələsməyin!” - Kremlin sözçüsündən çağırış

SAVASHMEDİA.az “Kommersant”a istinadən xəbəbr verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ali İqtisadiyyat Məktəbində keçirilən konfransda çıxışı zamanı deyib. 

Kremlin sözçüsü ABŞ-nin Ukraynanı dəstəkləməkdən mümkün imtinası ilə bağlı “çəhrayı eynək” taxmamağa çağırıb.

“İndi çəhrayı eynək taxmağa tələsməyə ehtiyac yoxdur. Həmişə ən yaxşısına ümid etməlisən, amma yenə də ən pisinə hazır olmalısan. Biz öz maraqlarımızı müdafiə etməyə hər zaman hazır olmalıyıq. İndi çoxları çəhrayı rəngli eynək taxmağa tələsir, deyirlər ki, indi amerikalılar silah tədarükünü dayandıracaqlar və ya artıq dayandırıblar, indi Mask rabitə sistemlərini söndürəcək və hər şey bizim xeyrimizə olacaq. Bizdə onsuz da hər şey alınır”, - deyə  Peskov əlavə edib. 

Onun sözlərinə görə, Qərbin Kiyevə tədarükü dayandırılsa belə, Ukraynanın hələ də çoxlu silahları qalacaq. 

Kremlin sözçüsü diqqətə çatdırıb ki, Rusiyaya qarşı kvazi- və proksi-müharibə aparılır. 

Xatirə SADİQ