“Ruslar öz hərbçilərini güllələyirdi” – Neyt Vens

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ukrayna tərəfində döyüşən əmisi oğlu Neyt Vens rusların vəhşiliyinə diqqəti cəlb edib. 

Mar 11, 2025 - 13:21
“Ruslar öz hərbçilərini güllələyirdi” – Neyt Vens

SAVASHMEDİA.az xəbər verir ki, Neyt Vens bu barədə CNN telekanalının efirində danışıb.

O, bildirib ki, rusların geri çəkilmək istəyən hərbçilərini necə güllələdiyini öz gözləri ilə görüb. “Bu insanlar öz siyasətləri ilə özlərininkini yeyirlər. Ona görə də Amerika prezidentini və ya vitse-prezidentini tıxmaqdan çəkinməyəcəklər”, - deyə Neyt Vens əlavə edib. 
 
Vitse-prezidentin əmisi oğlu bildirib ki, Ukraynadakı təcrübə ona “unikal baxış” verib və əksər amerikalılar buna malik deyillər.

“Düşünürəm ki, əgər sən Amerikanın prizmasından ruslarkla iş görməyə cəhd etsən, bu, sənin əleyhinə dönəcək. Onlar heç də bizim kimi düşünmürlər”, - deyə Neyt Vens xəbərdarlıq edib.

Xatirə SADİQ