Həftəbecər - 6
Ağ ayının iybilmə qabiliyyəti itinkindən dəfələrlə güclüdür. Tədqiqatçıların dediklərinə görə bu heyvan suitinin iyini 32 kilometr məsafədən duyur.
Nə 31, nə 33... Babalı Ayının boynuna.
* Yexidna 180 milyon ildir ki, planetimizin sakinidir. O:
√ Yumurtlayır;
√ Balalarına süd verir;
√ Balasını gəzdirmək üçün çantası var;
√ İynələri zəhərlidir.
Maraqlıdır ki, dindarların “elmlərin cövhəri” adlandırdıqları “Quran”da allahın bu qeyri-adi Quşi-Heyvanı barədə heç zad deyilmir...
* Kirpinin qış yuxusu 128 gün çəkir. Həmin dövrdə onun bədən temperaturu +2 dərəcə olur.
* Nağıllarda, cizgi filmlərində deyildiyinin əksinə olaraq, kirpi öz üzərində alma daşımır. Lakin turş otlarda ağnayır ki, gənələr onun bədənini tərk etsin.
* Qunduz isə bədənindəki gənələrdən azad olmaqdan ötrü bir parça mamır götürüb başında tutur və suya girir. O, suya daxil olduqca, gənələr həmin mamırda toplaşır. Nəhayət, qunduz başını da suya salır və mamır parçasını kənara atır. Beləliklə, gənələr rədd olur...
* Ən bahalı kofe heyvanın mədə-bağırsaq sistemindən keçən dənəciklərdən hazırlanır. Məsələn, acgöz keçi, yaxud başqası yerə tökülmüş toxumları yeyir, lakin həzm etməyi bacarmır. Mədədə təbii fermentasiyadan keçən kofe qurmanlar tərəfindən sevilir və yüksək qiymətləndirilir.
* Məşhur səyyah Nikolay Mikluxo-Maklay papuasları çox təəccübləndirmişdi. Əvvəla, boyu, həmçinin ağ dərisi ilə. Üçüncüsü – sıx və böyük saqqalla. Yerli kişilər, adətən, kosa olur, onların üzündə tüklər gur çıxmır.
* Bir dəfə Mikluxo-Maklay gözəl səhnə, tamaşa göstərir: hava balonunun altında şam yerləşdirib yandırır və göyə buraxır. Şarı qalxır havaya və çox oxşayır Aya. Adamlar elə düşünürlər ki, əcnəbi füsünkar Aya od vurub. Onlar diz çöküb yalvarırlar ki, Mikluxo-Maklay heç olmasa dənizi yandırmasın. Axı, əsas azuqələri məhz dənizdən hasil olunurdu...
* 2004-cü ildə Misiri görünməmiş sayda çəyirtkə basmışdı. Bu həşəratlar məhsulu məhv edirdi, kənd təsərrüfatını çökdürmüşdü. Belə gərgin vəziyyətdə Misir ruhaniləri ölkəni zəbt edən çəyirtkələrə müharibə elan etdilər. Hərçənd, islam dini müsəlmana həşərat yeməyi birmənalı surətdə qadağan edir, müfti şəxsən fətva verib, həmişə olduğu kimi, allahın adından dedi: “Yeyin!”. Adamlar çəyirtkəni tutdular, bitki yağında qaynadıb yedilər. Yeyəndə özün görərsən: dadı pis deyil. Bircə bədənini örtən sərt qabığı dişlərinin arasında sındırarkən səsi “birtəhər” gəlir. Amma məqbuldur. Ağzında hər kəs günəbaxan tumu sındırıb. Qoz-fındıq sındıranlar da var. Həm də, axı müfti deyib, prezident yeyib – sən nəkarəsən!
* Böyük alim və insan Mariya Skladovskaya-Küri radioaktiv maddələrlə işləyirdi. Eksperimentlər qadının səhhətini tamamilə pozmuşdu. O, hətta ərini – digər böyük fizik Pyer Kürini – yoluxdurmamaqdan ötrü ondan ayrı yaşayırdı.
Dahi alim və qəribə insan Mariya Skladovskaya-Küri radioaktivliyi öyrənmiş, poloniumu və radiumu kəşf etmiş, radiumun şüalanmasının mürəkkəb tərkibini, bu şüalanmanın təsiri ilə şüşənin və saxsının rənginin dəyişdiyini müəyyənləşdirmişdi.
Elmi işi Nobel mükafatına təqdim etməyin vaxtı çatanda, sənəddə təkcə qadın adının olması məqbul sayılmadı. Skladovskaya-Küri tərəddüdsüz ərinin də adını tədqiqat sənədlərinə əlavə etdi və 1903-cü ildə öz kəşfinə görə onunla birgə Nobel mükafatına layiq görüldü.
Geyger sayğaclarınin göstəricilərinə görə, Skladovskaya-Kürinin iş gündəliyi hələ də şüalanma yayır və bu səbəbdən Fransanın milli kitabxanasında qurğuşun konteynerdə saxlanır.
A.ƏZİZ