Vaşinqton Rusiya ilə məsləhətləşmələrin son raundunu ləğv etdi
Vaşinqton ikitərəfli diplomatik münasibətlərdə “qıcıqlandırıcıları” aradan qaldırmaq üçün məsləhətləşmələrin son raundunu ləğv edib.
SAVASHMEDİA.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.
“Ümid edirik ki, onların götürdüyü pauza çox uzun olmayacaq”, - deyə Zaxarova vurğulayıb.
XİN sözçüsü ləğv edilən görüşün nə vaxt və harada keçirilməli olduğuna aydınlıq gətirməyib.
Qeyd edək ki, bundan əvvəl, iyunun 10-da Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyev iki ölkə arasında danışıqların yeni mərhələsinin “çox yaxın gələcəkdə Moskvada” baş tutacağını bildirmişdi.
Xatırladaq ki, İstanbulda fevralın 27-də və aprelin 10-da Rusiya və ABŞ səfirliklərinin işinin normallaşdırılması da daxil olmaqla iki ölkə nümayəndələri arasında danışıqlar aparılıb.
ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtmasından sonra ölkələr arasında təmaslar intensivləşib.
Xatirə SADİQ