Ukrayna və Amerika nümayəndələrinin görüşü başladı - FOTO

Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü başlayıb.

Mar 11, 2025 - 13:26
Ukrayna və Amerika nümayəndələrinin görüşü başladı - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi video və foto məlumat yayıb.

Görüşdə Ukrayna tərəfini prezident aparatının başçısı Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov, ABŞ tərədini dövlət katibi Marko Rubio və prezidentin müşaviri Mayk Uolts təmsil edirlər.

KİV təmsilçiləri Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüşün keçirildiyi zala bir dəqiqəlik buraxılıb. Bundan sonra jurnalistlərdən otaqdan çıxmaq istənilib. 

Nümayəndə heyətlərinin üzvləri sualları cavablandırmayıblar.

Xatirə SADİQ